Maddi vəsaitlər üzrə Mütəxəssis

İşin təsviri

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: 1000 – 1200 AZN
  • İş yeri: “City Park Mall” (Babək pr, Ağ şəhər)

Vəzifə öhdəlikləri:

  • Qəbul edilmiş ilkin sənədlərə əsasən maddi vəsaitlərin sistemə düzgün daxil edilməsini təmin etmək.
  • Aktivlərin kateqoriyalar üzrə qruplaşdırılması, inventar nömrələrinin verilməsi və uçotda qeydiyyata alınması.
  • Aktivlərin amortizasiya hesablamalarını izləmək və sistemdə müvafiq düzəlişləri aparmaq.
  • Gündəlik mal-maddi dəyərlərin hərəkəti barədə məlumatları sistemdə qeydə almaq.
  • Malların mədaxil/məxaric sənədlərini yoxlamaq, dəqiqliyini təsdiqləmək və arxivləşdirmək.
  • Anbar qalıqlarına nəzarət etmək, uyğunsuzluq yarandıqda şöbə rəhbərini məlumatlandırmaq.
  • Müntəzəm və növbədənkənar inventarizasiyalarda iştirak etmək.
  • Sayım nəticələrinin sistemlə uzlaşdırılmasını təmin etmək.
  • Uyğunsuzluqlar barədə aktlar tərtib etmək və müvafiq bölmələrə təqdim etmək.
  • İşdən ayrılan əməkdaşlara təhkim olunmuş vəsaitləri yoxlayaraq təhvil almaq

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
  • Müvafiq vəzifədə 2 ildən artq iş stajı (Ticarət mərkəzi sahəsində olması arzuolunandır);
  • Əsas vəsaitlərin idarəolunması sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;
  • Komandada işləmə bacarığı;

Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına "Maddi vəsaitlər üzrə Mütəxəssis" başlığı ilə göndərə bilər.