Kiçik Mühasib

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət “Kiçik Mühasib” vəzifəsinə işə qəbul elan edir. 

İş yeri: Bakı şəhəri

Vəzifə və öhdəliklər:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Bank ödənişlərinin həyata keçirilməsi;
  • Digər gündəlik və aylıq kreditor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Sənəd dövriyyəsinə və arxivləşdirməyə nəzarət;
  • Gündəlik əməliyyatlarının 1C proqramında işlənməsi;
  • Qaimə-fakturaların hazırlanması və yoxlanması;
  • Sənədlərin arxivləşdirilməsi və qaydalara uyğun saxlanması;
  • Debitor və kreditorlarla üzləşmələrin edilməsi, üzləşmə aktlarının qarşılıqlı təsdiqlənməsinin təqibi və nəzarəti.

Tələb olunan bacarıqlar:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • Ən azı 1 ilə yaxın ixtisasına görə təcrübə;
  • Ünsiyyətcil və komanda daxilində çalışmaq bacarığı;
  • Məsuliyyətli və işində diqqətli olmaq;
  • MS Office proqramları;
  • 1C sahəsində iş təcrübəsi;

İş şəraiti:

  • Əmək haqqı - 700 Azn (NET)
  • İş rejimi - 5 günlük
  • Ofis - şəhərin mərkəzində

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Kiçik Mühasib” qeyd etməyiniz xahiş olunur.