İşin təsviri
Vəzifə funksiyaları
- Yeni istifadəçilərin yaradılması və sistem daxilində vəzifələr üzrə səlahiyyətlərin təyin edilməsi;
- Kampaniyaların mexanizminin ERP sistemində tanıdılması;
- Sistem daxilində yeni iş yerlərinin, mağazaların və digər konfiqurasiya elementlərinin açılması;
- SQL vasitəsilə toplu əməliyyatların icrası (məlumatların yenilənməsi, düzəlişlər);
- Yeni tətbiq olunacaq modulların test edilməsi, problem və uyğunsuzluqların aşkarlanması;
- ERP sistemində kartların yaradılması və qiymət parametrlərinin tanıdılması və nəzarətdə saxlanılması;
- ERP sistemi üzrə performans yoxlamaları, səhvlərin aşkarlanması və düzəldilməsi;
- Sistemdə edilən dəyişikliklər üzrə sənədləşdirmə işləri, istifadəçi təlimatı və proseslərinin hazırlanması;
- Digər departamentlərlə qarşılıqlı əlaqə qurulması (maliyyə, satış, logistika və s.) və tələblərin sistemə inteqrasiyası;
Digər şərtlər
- Ali təhsil (Maliyyə və ya Texniki sahə arzuolunandır);
- ERP proqramlarında 1–3 il iş təcrübəsi;
- Microsoft Office, Power BI və SQL proqramlarında sərbəst işləmə bacarığı;
- Müxtəlif məlumat bazalarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və problem həll etmə bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.