İşin təsviri
Əsas Vəzifələr:
- Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
- Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Təhsil səviyyəsi - Ali
- Fərdi və komanda şəklində işləmə bacarığı;
- Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
- Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
- Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.
İş qrafiki və Təkliflər:
- İş günləri: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
- Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.