İşin təsviri
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət)
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Melissa Group
İşin Təsviri:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) idarə edilməsi;
- Aylıq və həftəlik kontent planının hazırlanması və icrası;
- Post, story və reel üçün mətnlərin (copywriting) yazılması;
- video çəkilişi və montaj bacarıqlarının olması;
- Vizual kontent üçün dizayner və videoqrafla koordinasiya;
- Sosial media trendlərinin izlənilməsi və kontentə inteqrasiyası;
- Kampaniya və aksiyalar üçün kontent ideyalarının hazırlanması;
- Sosial media göstəricilərinin (reach, engagement, follower artımı və s.) təhlili və hesabatların hazırlanması;
- Brendin tonallığına və kommunikasiya strategiyasına uyğun paylaşımların təmin edilməsi.
Namizədə Tələblər:
- 20-30 yaş arası namizədlər;
- Ali təhsil;
- Video edit proqramları ilə işləmə bacarığı;
- Sosial media alqoritmləri və trendləri barədə anlayış;
- Səlis danışıq, ünsiyyətcil olmaq;
- Kreativ düşüncə və vizual zövq;
- Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür;
- Azərbaycan dilində səlis yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür);
- Komanda ilə işləmə bacarığı.
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SMM mütəxəssisi” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.