İşin təsviri
İş Şərtləri:
- İş qrafiki: Tam ştat
- İş günləri: Həftədə 5 gün (Bazar ertəsi – Cümə)
- İş saatları: 09:00 – 17:00
- İş yeri: Bakı mərkəzi
- Əmək haqqı: 1500 – 2500 AZN (təcrübəyə görə)
- Əlavə üstünlüklər: Nahar yeməyi təmin olunur
Namizədə Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat, Biznesin idarə olunması və ya əlaqəli sahələr)
- Logo Ticari Proqramı (Logo Go / Tiger / Netsis) üzrə praktiki iş təcrübəsi
- Maliyyə və ya mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi
- MS Excel proqramını yaxşı səviyyədə bilmək (hesabat və analiz bacarığı)
- Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyini bilmək
- Analitik düşüncə, diqqətlilik və məsuliyyət
- Vaxtın düzgün idarə olunması və hesabatlılıq bacarığı
Vəzifə Öhdəlikləri:
- Gündəlik nağd pul axınının, kassa və bank əməliyyatlarının aparılması
- Gəlir–xərc uçotu, büdcələşmə və maliyyə planlaşdırılması
- Logo proqramı üzərindən faktura, cari hesablar və bank əməliyyatlarının icrası
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Debitor və kreditor borclarının, cari hesab mutabıqələrinin aparılması
- Vergi və digər dövlət ödənişlərinin vaxtında icrası
- Rəhbərlik üçün maliyyə analizləri və hesabatların təqdim edilməsi
- Zərurət olduqda auditor və mühasib firmalarla koordinasiya
Üstünlük Verilən Bacarıqlar:
- Qrup şirkətlərində maliyyə idarəetmə təcrübəsi
- Stoklu uçot və idxal–ixrac əməliyyatlarında təcrübə
- Maliyyə risklərinin idarə edilməsi və xərclərə nəzarət bacarığı
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən mail vasitəsilə göndərmələri xahiş olunur.