İşin təsviri
Namizədə tələblər:
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
- Maliyyə idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi
- Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
- Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) və yerli qanunvericilik üzrə biliklər
- Güclü analitik düşünmə qabiliyyəti və strateji yanaşma
- Rəhbərlik və komanda idarəetmə bacarığı
- MS Office proqramlarında və mühasibatlıq proqramlarında peşəkar səviyyədə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Maliyyə modellərinin, illik və operativ büdcələrin hazırlanması və icrasına nəzarət
- Maliyyə proqnozlarının aparılması və əsas maliyyə göstəricilərinin monitorinqi
- Maliyyə hesabatlarının, analitik təhlillərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, dövriyyə kapitalına nəzarət
- Maliyyə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin görülməsi
- Mühasibat uçotu, debitor və kreditor borcları, əmək haqqı, vergi uyğunluğu və gündəlik maliyyə əməliyyatlarına nəzarət
- Maliyyə qaydalarına, hesabat tələblərinə və daxili nəzarət prosedurlarına uyğunluğun təmin edilməsi
- IFRS standartları üzrə maliyyə hesabatlarının hazırlanması
- Xərclərin təhlili və optimallaşdırılması
- Strateji təşəbbüslər, investisiya layihələri, birləşmə və satınalmalar üzrə maliyyə təhlillərinin aparılması
- Pul vəsaitləri və maddi-əmtəə sərvətlərinin qorunması, qanunsuz istifadənin qarşısının alınması
- Maliyyə komandasına rəhbərlik və komandanın effektiv idarə olunması
- Daxili maraqlı tərəflərlə (şöbə rəhbərləri, top-menecment) sıx əməkdaşlıq
- Banklar, maliyyə institutları, investorlar və tənzimləyici orqanlarla əlaqələrin qurulması və saxlanılması
- Şirkətin maliyyə planlarının hazırlanması, gəlir və xərclərin büdcələşdirilməsi
Müraciət qaydası:
Maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Rəhbəri” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İş yeri: Sumqayıt şəhəri