İşin təsviri
Məsuliyyətlər:
- Şirkət üçün tələb olunan məhsul, avadanlıq, material və xidmətlərin yerli və xarici bazardan satın alınmasını təşkil etmək.
- Təchizatçıların seçilməsi, qiymətləndirilməsi və müqayisəsinin aparılması.
- Daxili şöbələrdən daxil olan satınalma tələbləri üzrə prosesin icrasını təmin etmək.
- Satınalmanın bütün əsas mərhələlərinə nəzarət etmək: sorğu → qiymət → sifariş → daşınma → təhvil.
Əsas vəzifə öhdəlikləri:
- Təchizatçıların araşdırılması və seçilməsi
- Potensial yerli və xarici təchizatçıların araşdırılması.
- Qiymət, çatdırılma müddəti və təklif şərtləri üzrə müqayisə aparmaq.
- Təchizatçılarla əlaqə saxlamaq və qiymət sorğuları göndərmək.
- Danışıqlar və qiymət razılaşmaları
- Təchizatçılarla qiymət və ödəniş şərtləri üzrə danışıqlar aparmaq.
- Ən sərfəli və uyğun təklifləri seçmək.
- Endirim imkanlarının qiymətləndirilməsi və müzakirə olunması.
- Sifarişlərin verilməsi və sənədləşmə
- Xarici satınalma (Import) proseslərinin idarə edilməsi.
- Xarici təchizatlarda logistika şirkətləri ilə əlaqə saxlamaq.
- Daşınma, kargo və digər logistika proseslərini izləmək.
- Gömrük sənədlərinə dəstək vermək və malların izlənməsini təmin etmək.
- Çatdırılma və təhvil prosesi,
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasını təmin etmək.
- Anbarla birlikdə malların təhvil-təslimi prosesini koordinasiya etmək.
- Təhvil-təslim sənədlərini yoxlamaq və müvafiq şöbələrə təqdim etmək.
- Maliyyə və Hesabatlılıq
- Ödəniş proseslərində maliyyə şöbəsi ilə koordinasiya etmək.
- Həftəlik və aylıq satınalma hesabatlarının hazırlanması.
- Büdcəyə uyğun satınalmaların aparılması.
- Şirkətdaxili əməkdaşlıq
- Şöbələrdən daxil olan tələbləri qəbul edib icra etmək.
- Anbar, satış, istehsal, maliyyə və digər şöbələrlə koordinasiyalı işləmək.
- Planlı və təcili sifarişlərin icrasında prioritetləri düzgün müəyyənləşdirmək.
Vəzifənin tələbləri:
- Təhsil Ali təhsil
- Təcrübə Satınalma, təchizat və ya logistika üzrə təcrübənin olması üstünlükdür.
Bacarıqlar:
- İngilis dili B1–B2 səviyyəsində.
- Microsoft Excel, Word, Outlook proqramlarında sərbəstlik.
- Danışıqlar aparma bacarığı.
- Analitik düşüncə və qiymət müqayisəsi aparmaq bacarığı.
- Sənədləşmə və yazışma bacarıqları
Əməkhaqqı: Başlanğıc 500 AZN net
Universiteti yeni bitirmiş, işləmək arzusunda olan çevik və məsuliyyətli şəxslər müraciət edə bilərlər. İş öyrədilir.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: +994502902924 Safe Life MMC insan resurslari uzrə mütəxəssis Zaur Rzazadə