İşin təsviri
Təsvir:
- Şirkətin ixrac əməliyyatları çərçivəsində yük daşımalarının planlaşdırılmasında, sənədləşmənin hazırlanmasında və nəzarət prosesində iştirak etmək;
- İxrac yükləri ilə bağlı tələb olunan bütün sənədlərin düzgün və vaxtında tərtib olunmasını təmin etmək;
- İxrac əməliyyatları zamanı yarana biləcək gecikmə, sənəd uyğunsuzluğu və ya daşınma problemlərinin qarşısını almaq üçün operativ tədbirlər görmək;
- Eksport əməliyyatlarının maliyyə və əməliyyat göstəricilərinə dair məlumatları toplamaq, analiz etmək və rəhbərliyə hesabat şəklində təqdim etmək;
- Xarici tərəfdaşlarla yazışmaları və danışıqları aparmaq, müqavilə şərtlərinə əməl olunmasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil - Bakalavr;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla); Rus (əla);
- Qərar vermə Bacarığı;
- Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
- Problemi Həll etmə Bacarığı;
- İşə Uyğunlaşma Qabiliyyəti;
- Öyrənmə Qabiliyyəti;
- Təqdimat Bacarıqları;
- Komandada İşləmə Bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri - Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında:
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.