İşin təsviri
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə bakalavr və ya magistr dərəcəsi);
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə 3-5 il iş təcrübəsi;
- Mühasibat uçotu haqqında qanunverilcilik;
- IFRS17 standartı ilə bağlı biliklər;
- MS Office proqramları, Excel və 1C, ERP üzrə güclü bilik və iş təcrübəsi;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS);
- Azərbaycan Respublikası Vergi qanunvericiliyi;
- ACCA F7 sertifikatı arzuolunandır;
- Maliyyə məlumatlarını düzgün təhlil etmək və nəticələr çıxarmaq;
- Yeni maliyyə və mühasibatlıq texnologiyalarını və metodlarını öyrənməyə açıq olmaq;
- Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili -yaxşı, rus dili-arzuolunandır;
- Komanda şəklində işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin mövcud qanunvericiliyə uyğun aparılmasına riayət etmək;
- Audit prosesində iştirak və müvafiq sənədləri hazırlamasında dəstək;
- Qanunvericiliyin tələbi ilə hesabatların vaxtında və düzgün təqdim edilməsinə riayət etmək;
- Müxtəlif maliyyə hesabatlarını (Mərkəzi bank) hazırlamaq və analiz etmək təcrübəsi;
- Şirkətin maliyyə vəziyyətini analiz etmək;
- Layihə prosesində iştirak etmək;
- Rəhbərliyə aylıq, rüblük və illik İFRS maliyyə hesabatlarının təqdim edilməsində dəstək göstərmək;
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- İmtiyazlar: Könüllü tibbi sığorta
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Maliyyə hesabatları üzrə baş mütəxəssis) qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.