Baş anbardar

  • ModulX
  • Elanın qoyulma tarixi: 29.01.2026

İşin təsviri

İş barədə məlumat:

  • Anbar fəaliyyətinin ümumi təşkili, idarə olunması və gündəlik əməliyyatlara rəhbərlik edilməsi
  • Anbarda malların qəbulu, yerləşdirilməsi, saxlanılması və buraxılış proseslərinə nəzarət edilməsi
  • Anbara daxil olan sifarişlərin mövcudluğunun yoxlanılması, daxil olan mal və yüklərin qeydiyyata alınması və sistem üzərindən müvafiq əməliyyatların icra edilməsi
  • Mal-materialların qəbulu və qeydiyyatı zamanı yaranan uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin vaxtında məlumatlandırılması
  • Anbar işçilərinin işinin koordinasiyası, tapşırıqların verilməsi və icrasına nəzarət edilməsi
  • Mal-materialların inventarizasiya təlimatına uyğun hazırlanması, təşkili və inventarizasiya prosesinə rəhbərlik edilməsi
  • Anbarda malların düzgün, sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsinin təmin edilməsi
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında aparılmasına nəzarət edilməsi
  • Anbar üzrə uçot, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Köhnəlmiş, zərər görmüş və yararsız mal-materialların müəyyən edilməsi və bu barədə birbaşa rəhbərliyə rəsmi məlumat verilməsi
  • Əmək təhlükəsizliyi, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl olunmasına nəzarət edilməsi
  • Anbar proseslərinin optimallaşdırılması və iş axınının səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi
  • Microsoft Office (MS Word, MS Excel, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilməli
  • 1C ERP proqramı üzrə biliklər
  • Analitik düşünmə və planlaşdırma bacarığı
  • Dəqiqlik, məsuliyyət və detallara diqqət
  • Komandaya rəhbərlik və effektiv ünsiyyət bacarığı

İş şərtləri:

  • İş yeri: Tikinti sahələri
  • Nahar fasiləsi: 13:00 -14:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerində "Baş anbardar" başlığı yazmaqla göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır