İstehlak kreditləri bölməsinin kiçik mütəxəssisi (Bakı)

İşin təsviri

Qısa məzmun

BOKT “Falcon Finance” MMC istehlak kreditləri bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

Elanın təsviri

  • Ərazi: Bakı
  • Maaş: Razılaşma
  • İş rejimi: Tam iş günü (6 gün)
  • Müqavilə: Əmək müqaviləsi

Əsas vəzifələr:

  • Müştəri müraciətlərini qəbul etmək, analiz etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;

Tələblər:

  • Yaş: 21 — 30 yaş
  • Təhsil: Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Cins: Kişi 
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “İstehlak kreditləri bölməsinin kiçik mütəxəssisi (Bakı) başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməkləri xahiş olunur.