Satış təmsilçisi

  • Epoint
  • Elanın qoyulma tarixi: 24.12.2025

İşin təsviri

Şirkətimizin satış həcmini artırmaq və yeni müştərilərin cəlb olunması məqsədilə komandamıza Satış təmsilçisi axtarışına start verilir.

Əsas vəzifələr:

  • Şirkətə yeni müştərilərin cəlb edilməsi və satış prosesinin aktiv aparılması;
  • Qoyulmuş satış hədəflərinin icrası istiqamətində planlı iş aparılması;
  • Potensial və mövcud müştərilərlə görüşlərin keçirilməsi;
  • Satışla bağlı təşkil olunan daxili təlim və görüşlərdə iştirak;
  • Görüşlər zamanı şirkətin korporativ qaydalarına və satış siyasətinə əməl edilməsi;
  • Müştərilərdən daxil olan təklif və iradların aidiyyəti üzrə ötürülməsi;
  • Ay sonu keçirilən görüşlər və satış nəticələri üzrə hesabatların hazırlanması;
  • Satış prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.

Tələblər

  • Ali təhsil və ya bakalavr dərəcəsi;
  • Satış qabiliyyəti olan (bu sahədə 1 il təcrübəsi olan);
  • Azərbaycan dili yüksək səviyyədə (rus və ingilis dilləri arzuolunandır);
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və komandada işləmək bacarığı;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Yaş həddi: 20–30 yaş.

Əgər qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində “Satış təmsilçisi” qeyd edilməsi mütləqdir. 

Nəzərinizə çatdırırıq ki, yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Epoint tərəfindən digər vakansiyalar