İşin təsviri
İş şəraiti
- İş qrafiki: 6 gün / 1 gün istirahət
- İş yeri: Bakı şəhəri (Aviasiya Akademiyası).
- Əmək haqqı: 1000 azn
- Müqavilə şərtləri: Rəsmi əmək müqaviləsi və sosial sığorta təminatı
Vəzifə öhdəlikləri:
- Tikinti materiallarının və avadanlıqların qəbulu, uçotu və anbarda yerləşdirilməsi
- Gündəlik material verilişlərinin və qəbul sənədlərinin hazırlanması
- Anbarın səliqə-səhmanının qorunması
- Aylıq inventarizasiyada iştirak
- Rəhbərliyə hesabatların təqdim edilməsi
Tələblər:
- İnşaat sektorunda minimum 1 il anbar işi üzrə təcrübə
- Məsuliyyətli, nizam-intizamlı və diqqətli olmaq
- Tikinti materialları haqqında ilkin biliklər üstünlük sayılır
- Kompüterdə (MS Excel və ya anbar proqramı) işləmə bacarığı arzuolunandır.
Tələblərə cavab verən bütün namizədlərdən xahiş olunur ki, “Anbardar” mövzusunu e-mailin subject (mövzu) hissəsində qeyd edərək, CV və ya Müraciət Formasını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Qeyd edək ki, yalnız tələblərə tam cavab verən və ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.