Şəbəkə administratoru

İşin təsviri

Təsvir

  • Firewall, kommutatorlar (switches), marşrutlaşdırıcılar (routers), AP-lər və kontrollerlər daxil olmaqla, şəbəkə infrastrukturunu (2–3-cü səviyyə) idarə etmək və optimallaşdırmaq;
  • Yeni ofis/məlumat mərkəzi şəbəkələrinin və ya kritik arxitektura dəyişikliklərinin uçdan-uca planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
  • ACL-lər, VLAN-lar, subnetting və firewall üzrə ən yaxşı təcrübələrlə bağlı qabaqcıl konfiqurasiya və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;
  • Telekommunikasiya provayderləri, DNS, DHCP, korporativ Wi-Fi sistemləri, service desk müraciətləri, strukturlaşdırılmış kabelçilik və fiber optika ilə bağlı idarəetmə və yüksək səviyyəli dəstək göstərmək;
  • Avtomatlaşdırma, şəbəkənin yenilənməsi (network refresh) və s. kimi böyük şəbəkə ilə bağlı layihələri müstəqil şəkildə başlanğıcdan sona qədər idarə etmək və aidiyyəti komandaları mentorluq etmək;
  • Şəbəkə konfiqurasiyalarını standartlara uyğun şəkildə sənədləşdirmək (rack sxemləri, port xəritələri, CIDR diapazonları, VLAN-lar, VPN-lər, switch konfiqurasiyaları, marşrut cədvəlləri və s.);
  • Şəbəkə parametrlərində icazəsiz dəyişiklikləri monitorinq etmək və aşkar etmək;
  • On-premise şəbəkələr üçün yeni avadanlıqların yerləşdirilməsi və konfiqurasiyasına rəhbərlik etmək;
  • IP telefonlar, PBX, kommutatorlar, marşrutlaşdırıcılar, AP-lər və s. üçün kütləvi firmware yeniləmələrini planlaşdırmaq və icra etmək;
  • Konfiqurasiya və image ehtiyat nüsxələrinin müntəzəm saxlanılmasını təmin etmək;
  • Bir neçə ofis, bulud və on-premise inteqrasiyalı mühitlər üçün SD-WAN, VPN və WAN texnologiyalarının istifadəsi və konfiqurasiyası üzrə qabaqcıl təcrübəyə malik olmaq.

Tələblər

  • İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Təcrübə: Çoxseqmentli şəbəkələrin idarə olunmasında minimum 3 il iş təcrübəsi;
  • Fortigate firewall ilə iş təcrübəsi;
  • Cumulus və Aruba kommutatorları ilə iş təcrübəsi;
  • Sertifikatlar: Cisco Certified Network Associate (CCNA), CompTIA Network+, Fortinet NSE sertifikatlarına malik olmaq yüksək dərəcədə arzuolunandır;
  • CCNP, Fortinet NSE (xüsusən NSE4 və yuxarı), CCNA Cybersecurity sertifikatlarına sahib olmaq arzuolunandır;
  • Kompüter sistemləri, şəbəkələr və infrastruktur üzrə dərin anlayış və qabaqcıl bacarıqlar, xüsusən Cisco və Fortinet şəbəkə texnologiyalarına güclü fokusla. Layer 2 təhlükəsizlik protokolları üzrə bilik və təcrübə;
  • VMware və ya Hyper-V kimi virtualizasiya texnologiyaları ilə tanışlıq əlavə üstünlükdür;
  • Xüsusilə Cisco və Fortinet qurğularına fokuslanmaqla, hardware, software və şəbəkə problemlərini kök səbəb analizi (root cause analysis) əsasında effektiv şəkildə diaqnostika və aradan qaldırma bacarığı;
  • İstifadəçilər və komanda üzvləri ilə ünsiyyətdə güclü şifahi və yazılı kommunikasiya bacarıqları;
  • Sistemə xidmət, sənədləşdirmə və troubleshooting zamanı, xüsusən Cisco və Fortinet texnologiyalarına dair standartlara uyğunluğu təmin edərək, yüksək diqqətlilik;
  • SolarWinds Orion, PRTG, Zabbix, Graylog, FortiAnalyzer və FortiManager kimi monitorinq alətləri ilə bilik və idarəetmə təcrübəsi.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.