Satış Təmsilçisi / Supervisor (Şəbəkə mağazalar üzrə – Balıq məhsulları)

İşin təsviri

İş yeri: Bakı  

Vəzifə öhdəlikləri:

  • Supermarket şəbəkələri ilə gündəlik əlaqələrin qurulması və idarə olunması  
  • Şəbəkələr üzrə satış planlarının icrası və nəzarəti  
  • Mağaza ziyarətləri, vitrinlərin monitorinqi və merçendayzinq işlərinə nəzarət  
  • Satış komandası (merçendayzerlər və təmsilçilər) ilə koordinasiya  
  • Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması  
  • Yeni məhsulların şəbəkələrə təqdimatı və yerləşdirilməsi  
  • İadə, keyfiyyət və stok problemlərinin operativ həlli

Namizədə tələblər:

  • FMCG və ya ərzaq sahəsində ən az 2 il təcrübə (şəbəkə mağazalar üzrə)  
  • Supervayzer və ya satış təmsilçisi vəzifəsində təcrübə üstünlükdür  
  • Supermarketlərdə iş prinsiplərini və qərar mexanizmini bilmək  
  • Balıq və dəniz məhsulları sahəsində təcrübə arzuolunandır  
  • Analitik düşüncə, məsuliyyətli və təşəbbüskar olmaq  
  • Sürücülük vəsiqəsi (B kat.) və şəxsi avtomobil arzuolunandır  
  • Yaş: 25–45  
  • Azərbaycan dilində sərbəst, rus dili arzuolunandır

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi  
  • Əmək haqqı + satış üzrə bonuslar
  • Mobil və yanacaq xərcləri qarşılanır  
  • Peşəkar komanda və inkişaf mühiti  
  • Karyera yüksəlişi imkanı

CV-lərinizi "Satış supervayzer – şəbəkə mağazaları" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.  

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.