İşin təsviri
Vəzifə və öhdəliklər:
- Gələn tələbləri analiz etmək və tələblərə uyğun təklif hazırlamaq;
- Tədarükçülərlə yazışmaq və şərtləri dəqiqləşdirmək
- Tədarükçü şirkətlərin məhsullarını ( Yanğın xəbərdarlıq, Təhlükəsizlik kameraları, kompyuter şəbəkəsi, UPS, generator və digər) davamlı öyrənmək
- Şirkətin məhsullarını və xidmətlərini müştərilərə yüksək səviyyədə təqdim etmək;
- Satış nümayəndlərinə texniki dəstək vermək
- Layihə yerlərinə getmək, onları idarə etmək və müştəriyə təhvi vermək
- Rəhbərlyə hesabat vermək
Namizədə olan tələblər:
- Ali təhsilli, Elektrik, elektronika və ya İT mühəndisliyi üzrə təhsili almış və ya bu sahələrə marağı olan və anlayışı olan.
- Kişi və ya qadın, yaş həddi 22-45
Namizəddə olan bacarıq və keyfiyyətlər:
- Əməksevər və ambisiyalı
- Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı olan,
- Məsuliyyətli, punktual, dürüst
- Komandada işləmək bacarığı
- Problemləri həll etmə bacarığı;
- Dil bilikləri: İngilis dili (orta), Tərcihən Rus dili (orta), Azərbaycan dili (əla)
- Kompyuter bilikləri: Autocad (orta) , Excel, Word, Power Point, Outlook (yaxşı)
Digər məlumatlar:
- 5 günlük iş rejimi
- Maaş 800-1200 Azn + bonus
- Yemək şirkət hesabına
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Satışa Dəstək Mühəndisi” qeyd etməklə göndərə bilərlər.