İnşaat Mühəndisi

İşin təsviri

Vəzifənin məqsədi:

  • Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 1000–1200 AZN + Bonus. (Müzakirə edilə bilər)
  • İş yeri: Bakı və/və ya layihə sahələri (layihədən asılı olaraq ezamiyyət mümkündür)

Əsas vəzifə öhdəlikləri:

  • Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
  • Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
  • Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
  • Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
  • Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
  • Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
  • Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)

Namizədə tələblər (mütləq):

  • Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
  • Dil bilikləri: İngilis dili və rus dili yaxşı səviyyədə olması arzu olunandır.
  • Minimum 3–4 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
  • AutoCAD bilikləri (mütləq)
  • Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
  • Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
  • Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
  • Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı

Üstünlükdür:

  • Revit / Civil 3D / Microsoft Project bilikləri
  • Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma

Biz nə təklif edirik:

  • Yerli və beynəlxalq layihələrdə təcrübə və inkişaf etmə fürsəti
  • Yuxarı səviyyə rəhbərliklə sıx əməkdaşlıq
  • Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan inkişaf imkanları

Müraciət Et düyməsində göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlərsiniz. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə müzakirə edilə bilər.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.