İşin təsviri
Funksional vəzifələri:
- Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə planlarının və strategiyasının hazırlanması və icrasında iştirak;
- Şirkətin maliyyə büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və pul vəsaitlərinin səmərəli istifadəsini təmin etmək.
- Büdcə, maliyyə planlama və proqnozlaşdırma (forecast) proseslərinin idarə olunması;
- Banklarla maliyyə münasibətlərinin, maliyyə öhdəliklərinin və ödəniş cədvəllərinin idarə olunması;
- ERP üzərindən İFRS standartlarına uyğun maliyyə hesabatlarının hazırlanması (P&L, Balance Sheet, Cash Flow);
- Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflərin verilməsi;
- Şirkətin maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin etmək;
- Gəlir və xərclərin struktur analizini aparmaq və optimallaşdırma təklifləri vermək;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) təşkilinə nəzaarət etmək;
Hüquq və səlahiyyətləri:
- Normal iş şəraiti ilə təmin olunmaq;
- Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
- Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
- Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
- Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər.
İş şəraiti
- 5 günlük iş qrafiki
- İş yeri: Babək prospekti 74
- Korporativ nömrə
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Bilik və bacarıqları:
- Ali təhsil: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahədə ali təhsil ACCA və ya analoji sertifikatlar üstünlükdür;
- Təcrübə: Maliyyə mühasibatlıq sahəsində ən azı 3 il təcrübə
Tələblər:
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.