Baş Mühasib

İşin təsviri

İş yeri: Green City Resort Residence
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının tam və effektiv idarə olunması;
  • Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətinin formalaşdırılması və tətbiqi;
  • Hesablar planının və ilkin uçot sənədlərinin hazırlanması və təsdiqlənməsi;
  • Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqi;
  • Pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam və düzgün uçotunun aparılması;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun təmin edilməsi;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Büdcənin hazırlanması, icrasına nəzarət və büdcə–fakt müqayisələrinin aparılması;
  • Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;
  • Vergi və DSMF ödənişlərinin düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
  • Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin qanunvericiliyə uyğun aparılmasına nəzarət;
  • Vergi, DSMF və Statistika hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi;
  • Daxili maliyyə nəzarət və audit mexanizmlərinin qurulması və icrası;
  • Bank əməliyyatları, kreditlər, lizinq və maliyyə institutları ilə işin təşkili;
  • Müqavilələrin (icarə, satınalma, xidmət və s.) maliyyə baxımından yoxlanılması;
  • İnventarizasiya proseslərinin təşkili və nəzarəti;
  • Xarici və daxili audit proseslərində iştirak və koordinasiya;
  • Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə üzrə);
  • Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür);
  • Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel);
  • IFRS bilikləri;
  • ACCA, CFA üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Vergi qanunvericiliyi və maliyyə analizi üzrə güclü biliklər;
  • Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları;
  • Yüksək təşkilatçılıq, məsuliyyət və diqqətlilik;
  • Komanda ilə işləmək və rəhbərlik bacarığı;
  • Məsuliyyət və məxfilik prinsiplərinə riayət.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir; (2000 azn və üzəri əmək haqqı)
  • Servis, nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur;
  • Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanı;
  • Stabil və böyüyən layihədə çalışma imkanı;
  • Rəhbərliklə birbaşa işləmək və strateji qərarlarda iştirak imkanı.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya 051 882 97 29 əlaqə nömrəsinə göndərə bilərlər.