İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihələrin yoxlanılması, analizi və zəruri düzəlişlərin verilməsi
- Memarlıq və mühəndislik planlarının hazırlanması və layihələndirməyə nəzarət
- Layihələrin yerli və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi
- Podratçı və subpodratçıların işlərinə nəzarət, görülən işlərin yoxlanılması və hesabatların hazırlanması
- Layihə proqramı və dizayn tələblərinin hazırlanması
- Layihə qruplarına dizayn spesifikasiyalarının izah edilməsi və koordinasiya
- Məsləhətçilərin rəy və təkliflərinin koordinasiyası
- Layihələndirmə məsələlərinin vaxtında həlli üçün tərəfdaşlarla ünsiyyət
- Obyektlərdə ölçü işlərinin aparılması
- Eskiz, memarlıq planları, shop drawing və detallı çertyojların hazırlanması
- Eksteryer və interyer üzrə 3D vizuallaşdırmaların hazırlanması
- Fit-Out işləri üzrə layihələrin icrasında iştirak
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Fit-Out / interyer layihələri sahəsində minimum 5 il iş təcrübəsi
- ArchiCAD, AutoCAD, 3ds Max, Revit, SketchUp, Adobe Illustrator və s. proqramlarda işləmək bacarığı
- Rus və ingilis dilləri arzuolunandır
- Əllə eskiz çəkmək bacarığı üstünlükdür
- Shop drawing və detallı çertyojlar üzrə praktiki təcrübə
- Məsuliyyətli, dəqiq, nizam-intizamlı və kreativ olmaq
- Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: 2500 AZN
CV-lərinizi mövzu hissəsində “Memar dizayner” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.