Elektrik avadanlıqları üzrə texnik

  • SAMT
  • Elanın qoyulma tarixi: 05.01.2026

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maşın və binaların infrastrukturunda hissə və alt qurğularının sökülməsi və yığılması;
  • Elektrik panelləri, şalterlər, sobalar, kameralar, generatorlar və digər avadanlıqlara texniki xidmət göstərilməsi;
  • İstehsalatda baş verə biləcək elektrik nasazlıqlarının qarşısının alınması məqsədilə mütəmadi yoxlamaların aparılması;
  • Profilaktik texniki baxış və qulluq işlərinin icrası;
  • Avadanlıqların işləmə prinsiplərinə uyğun olaraq istehsalçının texniki təlimatları və təhlükəsizlik qaydalarına əsasən təmir və baxım işlərinin yerinə yetirilməsi;
  • İş yerində və ətraf mühitdə təmizliyə riayət olunması;
  • Təhlükəli sahələrdə, o cümlədən hündürlükdə və dar məkanlarda təhlükəsizlik qaydalarına uyğun işləmək;
  • Ağır hissələrin daşınması zamanı forklift operatoru ilə təhlükəsizlik qaydalarına uyğun əməkdaşlıq etmək;
  • Görülən işlər üzrə gündəlik qeydiyyat aparmaq və hesabatlar hazırlamaq;
  • Texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək;
  • Yerinə yetirilən işlər və işin gedişatı barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.

Namizədə tələblər:

  • Elektrik ixtisası üzrə peşə təhsilli (ali və ya texnikum təhsilli namizədlər də qəbul olunur);
  • İstehsalat sahəsində elektrik üzrə azı 3 il iş təcrübəsi;
  • Sənaye və istehsalat mühitində iş təcrübəsi üstünlükdür;
  • Office proqramları üzrə əsas kompüter bilikləri;
  • Elektrik kabellərinin quraşdırılması üzrə biliklər;
  • Kontrollerlər, sensorlar və avtomatik idarə olunan klapanlar haqqında biliklər (üstünlükdür);
  • Ehtiyat hissələrinin təchizatı və qiymət təkliflərinin alınması üzrə biliklər;
  • Kompressorlar və elektrik mühərriklərinin təmiri sahəsində biliklər (üstünlükdür);
  • Hündürlükdə və dar məkanlarda işləmək bacarığı;
  • Yüksək gərginlikdə əməliyyat aparmaq təcrübəsi;
  • İngilis dilində orta səviyyədə oxu, yazı və danışıq bacarığı.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

SAMT tərəfindən digər vakansiyalar