Mexaniki Təmir üzrə texnik

  • SAMT
  • Elanın qoyulma tarixi: 05.01.2026

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalat xəttində istifadə olunan avadanlıqların və maşınların hissə və alt qurğularının sökülməsi və yığılması;
  • İstehsalat prosesində yarana biləcək mexaniki nasazlıqların əvvəlcədən aşkarlanması və qarşısının alınması məqsədilə mütəmadi texniki yoxlamaların aparılması;
  • Profilaktik texniki xidmət işlərinin həyata keçirilməsi (yağlama işləri, filtr və keçələrin dəyişdirilməsi, nasos və klapanların yoxlanılması);
  • Metal kəsmə, formalaşdırma və termiki emal proseslərində istifadə olunan avadanlıqlarda yaranan nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması;
  • Avadanlıqların işləmə prinsiplərinə uyğun olaraq istehsalçının texniki təlimatları və təhlükəsizlik qaydalarına əsasən təmir və baxım işlərinin yerinə yetirilməsi;
  • İş yerində və ətraf mühitdə təmizliyə və nizam-intizama riayət olunması;
  • Təhlükəli sahələrdə, o cümlədən hündürlükdə və dar məkanlarda təhlükəsizlik qaydalarına uyğun şəkildə işləmək;
  • Ağır hissələrin daşınması zamanı forkliftdən istifadə edərək təhlükəsizlik qaydalarına əməl etmək;
  • Görülən texniki xidmət işləri üzrə gündəlik qeydiyyat aparmaq və müvafiq hesabatlar hazırlamaq;
  • İstehsalatda texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək;
  • Yerinə yetirilən işlər və işin gedişatı barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.

Namizədə tələblər:

  • Mexanika, maşınqayırma və ya əlaqəli sahə üzrə peşə təhsili;
  • Avadanlıqlara texniki xidmət sahəsində minimum 3 il iş təcrübəsi;
  • İstehsalat və ya sənaye mühitində iş təcrübəsi üstünlükdür;
  • İngilis dili biliyi üstünlükdür;
  • Əsas kompüter bilikləri;
  • Pnevmatika və hidravlika üzrə biliklər;
  • Hündürlükdə və dar məkanlarda işləmək bacarığı;
  • Forklift idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikat.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

SAMT tərəfindən digər vakansiyalar