Smeta mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə sənədləri əsasında tikinti smetalarının hazırlanması
  • Ümumi tikinti və MEP işləri üzrə layihə-smeta sənədlərinin tərtib edilməsi
  • Layihə cizgiləri və spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması
  • Tikinti, təmir və quraşdırma işləri üzrə mövcud layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi
  • Layihə / spesifikasiya ilə smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması
  • Smetaya edilən dəyişikliklərin sənədlərə vaxtında və düzgün inteqrasiyası
  • Podratçı və üçüncü tərəflər tərəfindən təqdim olunan smetaların texniki və normativ baxımdan yoxlanılması və arayışların hazırlanması
  • Tikinti sahələrində faktiki iş həcmlərinin və materialların yerində ölçülməsi, hesabat və cədvəllərin tərtibi
  • Tikinti-quraşdırma və təmir işlərinin bazar qiymətləri ilə qiymətləndirilməsi
  • Layihə üzrə büdcə risklərinin analizi və smeta dəyərinin uyğunlaşdırılması
  • Forma 2, Forma 3, Forma M-29 və texniki hesabatların hazırlanması
  • Tender təkliflərinin hazırlanması, qiymət analizlərinin aparılması və tender komissiyası ilə yazışmalar
  • Təchizatçılardan alınan qiymətlərin müqayisəli təhlili və baza yaradılması
  • Yenidən qurulan və ya təmir olunan obyektlər üçün titul vərəqələrinin hazırlanmasında iştirak
  • Görülmüş işlər üzrə təhvil-qəbul və sınaq aktlarının hazırlanmasında iştirak

Namizədə dair tələblər:

  • Bəy namizəd
  • Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə)
  • Layihə və smeta sənədlərinin hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi
  • Qüvvədə olan smeta hesablama qaydalarını, tikinti normativlərini və metodiki göstərişləri mükəmməl bilmək
  • Təmir, quraşdırma və tikinti işləri üzrə hesablama əmsallarını, müvafiq normativ və qanunvericilik aktlarını bilmək
  • Layihə-smeta işləri üçün normativ-hüquqi sənədlərlə işləmək təcrübəsi
  • Titul vərəqələrinin, qüsur aktlarının və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək
  • İqtisadiyyatın əsasları, istehsalatın və əməyin təşkili prinsipləri üzrə biliklər
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı 
  • MS Excel-də yüksək səviyyədə işləmək bacarığı (hesablama, cədvəllər, analiz) (mütləq)
  • Analitik düşüncə qabiliyyəti, dəqiqlik və operativlik

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Vakansiya növü: Tam ştat;
  • Əmək haqqı: Razılaşma yolu ilə.

Müraciət qaydası:

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

El-Seym İnşaat QSC tərəfindən digər vakansiyalar