İşin təsviri
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İstehsalatda zədələnmə səbəblərinin analizı, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
Tələblər:
- Orta ixtisas təhsili.
- 35-45 yaş bəy namizəd.
- Analoji sahədə 1 ilə qədər iş təcrübəsi.
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativik;
- Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə;
- Qanunvericiliyə riayət etmək və daxili normativ tələblərə hörmət;
- Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
Əmək şəraiti:
- İş yeri: Bakıxanov, Elşən Mehdiyev 40.
- İş rejimi: Həftə içi 5 gün, şənbə və bazar istirahət.
- Əmək haqqı: 700-900 AZN net.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Sətəm üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.