Satış sorğuları üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış komandasına daxil olan gündəlik sorğuların (RFQ) operativ və dəqiq şəkildə işlənməsi
  • Müştəri tələblərinin təhlili və uyğun texniki–kommersiya həllərinin formalaşdırılması
  • Bazar araşdırılmasının aparılması, yerli və xarici istehsalçılardan məhsul və qiymət məlumatlarının toplanması
  • Alınan qiymətlərin müqayisəli təhlili və ən uyğun, rəqabətqabiliyyətli satış təklifinin hazırlanması
  • İstehsalçılar, təchizatçılar və partnyorlarla yazışmaların və danışıqların aparılması
  • Hazırlanan təkliflərin satış komandası ilə koordinasiyası və vaxtında təqdim edilməsi
  • Sorğular üzrə statusların izlənməsi və daxili hesabatların hazırlanması
  • Satış prosesinin təkmilləşdirilməsi üçün təklif və təşəbbüslərlə çıxış etmək

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadi, mühəndislik və ya texniki sahə üstünlükdür)
  • Satış, tender və ya RFQ üzrə minimum 3–5 il iş təcrübəsi
  • Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür)
  • MS Excel və MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşünmə, qiymət analizi və prioritetləşdirmə bacarığı
  • Yüksək məsuliyyət, operativlik və komanda ilə işləmə qabiliyyəti

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əməkhaqqı
  • Satış yönümlü dinamik iş mühiti
  • Karyera inkişafı və peşəkar böyümə imkanı
  • Yerli və beynəlxalq layihələrdə iştirak

İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)

Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış sorğuları üzrə aparıcı Mütəxəssis” qeyd etməklə
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Gravity LTD tərəfindən digər vakansiyalar