İşin təsviri
Vəzifə Təsviri
Senior System Administrator olaraq, aşağıda qeyd olunan işləri görəcəksiz:
- Şirkət daxili və icrada olan layihələr əsasında IT infrastrukturun dizaynı, büdcələnməsi, qurulması, nəzarəti və optimallaşdırılması
- İT infrastruktur komponentlərin (server, storage və s. kimi) quraşdırılması, sazlanması və nəzarəti
- Windows və Linux əsaslı sistemlərin və proqram təminatının quraşdırılması və idarə edilməsi
- İnfrastrukturun təhlükəsizliyi, istifadəçi idarəetməsi və giriş nəzarətin təmin olunması
- Backup və disaster recovery həllərini hazırlanması və onların düzgün işləməsin nəzarəti
- Texniki problem və müraciətlər daxil olduqda, kritik məqamlarda texniki dəstək komandası üçün eskalasiya nöqtəsi kimi fəaliyət göstərilməsi
- Sistemlərin performans olçülməsi və proaktiv şəkildə təkmilləşdirmələr planlaması
- Yeni texnologiyaların araşdırılması və uyğun olduğu hallarda onların mövcud infrastrukturun inkişafı üçün tədbiqi
- Diqər sistem administratorlar komandanın üzvlərinə mentorluq göstmək və ən yaxşı təcrübələrin tətbiqinə rəhbərlik edilməsi
- Texniki sənədlərin və prosedurların hazırlanması və aktuallığın təmin olunması
Tələblər
- 5+ il sistem administratoru və ya oxşar vəzifədə iş təcrübəsi
- Windows Server və Linux/Unix sistemləri üzrə dərin bilik və təcrübə
- Şəbəkə protokolları və xidmətləri üzrə təcrübə (TCP/IP, DNS, DHCP, VPN və s.)
- Virtualizasiya texnologiyaları üzrə bacarıqlar (VMware, Hyper-V, Proxmox və s.)
- Active Directory, Group Policy, Exchange və digər xidmətlərin fundamental bilikləri, əsaslı şəkildə qurulması və tam nəzarəti
- Mərkəzləşdirilmiş şəkildə sistemlərin və məlumatların ehtiyat və bərpa həlləri üzrə təcrübə (Veeam, Acronis və s.)
- Monitorinq və logging sistemlərin qurulması və gündəlik şəkildə işləmə bacarığı (Zabbix, Nagios, Grafana, ELK və s.)
- Təhlükəsizlik həlləri üzrə biliklər (firewall, antivirus, IDS/IPS və s.)
- Skriptlərin hazırlanması və tətbiqi üzrə bilik və aktiv təcrübə (PowerShell, Bash, Python və s.) üstünlükdür
- Müvafiq sahədə sertifikatların (MCSE, RHCE və s. kimi) olması arzuolunandır
- Problem həll etmə, analitik düşünmə və kritik situasiyalarda qərarvermə bacarığı
- Komanda ilə işləmə, liderlik və mentorluq bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.