Çin dili üzrə Tərcüməçi

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Çin dili ilə bağlı yazılı və şifahi tərcümələrin həyata keçirilməsi 
  • Çinli mütəxəssislər və tərəfdaşlarla keçirilən görüşlərdə ardıcıl tərcümənin təmin olunması, kommunikasiya prosesinin koordinasiyası; 
  • Texniki heyətin ehtiyacı olduqda təlimatlandırma və məlumatlandırma işlərində dil dəstəyinin göstərilməsi; 
  • Tərcümə edilən materialların məxfilik tələblərinə uyğun saxlanılması və sənəd dövriyyəsi qaydalarına riayət edilməsi. 

İş vaxtı: 6 gün (09:00-18:00)

Tələblər

  • Ali təhsil (filologiya, tərcümə, beynəlxalq münasibətlər, mühəndislik və ya müvafiq sahə üzrə); 
  • Çin dili üzrə yüksək səviyyədə yazılı və şifahi tərcümə bacarığı.
  • Texniki mətnlərlə işləmə bacarığı (istehsalat/texniki xidmət/tikinti/avadanlıq sənədləri üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir); 
  • Azərbaycan dili və Çin dili mükəmməl;  rus və/və ya ingilis dili biliyi arzuolunandır; 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint); 
  • Diqqətlilik, məsuliyyət, operativlik və komandada işləmək bacarığı; 
  • İşgüzar ünsiyyət və etik davranış qaydalarına riayət etmə. 

Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “tərcüməçi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. 

Chirag Plaza tərəfindən digər vakansiyalar