İşin təsviri
Peşəkar komandamızı genişləndirmək məqsədi ilə insan resursları sahəsində yüksək bilik və bacarıqlara sahib olan ,komanda yoldaşı axtarırıq!
İş şəraiti:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İş yeri : Bakı şəhəri,Nərimanov rayonu
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Əsas Vəzifə öhdəlikləri:
- Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə əməkdaşlığın koordinasiyası və tələb olunan hesabatların vaxtında təqdim olunması;
- İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;
- İşə qəbul əməliyyatlarının həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin düzgün formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
- HR data-bazanın yaradılması, məlumatların daim aktual saxlanılması və dəyişikliklərin vaxtında daxil edilməsi;
- Məzuniyyət qrafiklərinin hazırlanması, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
- Tabel uçotunun aparılması,Əmək haqqının hesablanması;
- Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması;
Tələblər:
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
- Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
- Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
- Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
- Daha öncə Consalting şirkətində təcrübə üstünlük hesab olunur;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
Uyğun namizədlər Cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına yönləndirə bilərlər.