ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.
Hazırda ATL İnfoTech şirkəti “Texniki dəstək üzrə mütəxəssis” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Vəzifə öhdəlikləri:
• “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
• Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
• Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
• Sistem problemlərinin həlli və diaqnostikası;
• Avadanlıqların quraşdırılması və sazlanması.
1. Müəssisənin nəzdində istifadə olunan bütün İKT avadanlıqlarına lazımi proqram təminatını quraşdırır, lazım gəldikdə yeniləyir və onların davamlı işlək vəziyyətdə saxlanmasını təmin edir.
2. Müəsisənin nəzdində istifadə olunan bütün İKT avadanlıqlarının daima işlək vəziyyətdə olmasını təmin edir və lazım gəldikdə onlara texniki xidmət göstərir.
3. Şirkət əməkdaşların kompüterlərində yaranan problemləri operativ olaraq həll edir.
4. Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurur və düzgün işləməsinə nəzarət edir.
5. Helpdesk sisteminə istifadəçilərdən gələn müraciətləri qəbul edir, problemlərin aradan qaldırılmasına nəzarət edir və lazım gəldikdə onları müraciətlərin tipindən asılı olaraq şöbənin başqa əməkdaşlarına yönəldir.
6. Şirkətin tələblərinə əməl olunmaqla proqram təminatını kompüterlərə yüklənməsini və tənzimlənməsini həyata keçirir.
7. Domain sistemində şirkətin əməkdaşları üçün istifadəçi yaradır, müəssisənin nəzdində olan kompüterləri domain şəbəkəsinə əlavə edir.
8. Əməkdaşları korporativ e-mail ünvanları ilə təmin edir, Microsoft Outlook proqramını həmin ünvanlara uyqun olaraq tənzimləyir, məktublarını arxivləşdirməyə yardım göstərir.
9. Şirkət əməkdaşlarını İP telefoniya vasitələri ilə təmin edir, onlara daxili nömrələr təyin edir.
10. Müəssisənin daxilində internetə çıxışını, meydana çıxan texniki problemlərin həllini təmin edir.
11. Şirkət əməkdaşların və şirkətə gələn qonaqların ehtiyac olduğu zaman mobil telefonlarını və kompüterlərini müəssisənin daxili qaydalara uyğun olaraq Wi-Fi şəbəkəsinə qoşulmağını təmin edir.
12. Şirkətin nəzdində olan printer avadanlıqlarında yaranan problemləri həll edir.
13. Müəssisənin nəzdində istifadə olunan bütün İKT avadanlıqlarının təhlükəsizliyini qorumaq məqsədilə onlara lazımi anti-virus proqramlarının quraşdırılması və onların mütəmadi olaraq yenilənməsini təmin edir.
14. Departament rəhbərinin verdiyi tapşırıqları vaxtlı vaxtında yerinə yetirir.
15. Gördüyü işlər barədə departament rəhbərinə hesabat verir.
Tələblər:
• Təhsilə olan tələblər: Ali təhsilli;
• Minimum 1 il iş təcrübəsi;
• İstifadəçilərə texniki dəstək vermək bacarığı (Proqram təminatının yazılması,silinməsi,driverlərin yazılmasıprinterlərin tanıdılması və s.);
• Proqram və şəbəkələrdə yaranacaq problemlərin müəyyən olunması və aradan qaldırılması bacarığı;
• Analitik zəka,insanlarla işləmək qabiliyyəti;
• Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar.
Knowledge about network and services (DHCP, DNS, TCP/IP, Domain Controller, system ports)
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.