İnsan Resurslarına Stajçı

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 28.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL İnfoTech şirkəti “ İnsan Resurslarına Stajçı” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• İnsan Resursları işlərinin hər bir sahəsində tələb olunan fəaliyyətləri icra etmək
• İnzibati şöbənin işlərində tələb olunanları icra etmək
• İRMS-də (İnsan Resursları Məlumatları Sistemi) işçi heyəti barədə məlumatlarının daxil edilməsi;
• İR şöbəsinin digər faəliyyət sahələrində (İşəqəbul, Təlim və s.)  bilik və bacarıqların əldə edilməsi və ehtiyac olduqda bu sahələrdə verilən tapşırıqları yerinə yetirmək.

Tələblər:

• Ali təhsil (tələbə )
• Rus,ingilis dilləri arzuolunandır
• Məsuliyyətli
• Diqqətli
• Səliqəli

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Stajçı” qeyd etməklə göndərə bilərlər.