1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti 20 ildən artıqdır ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.
İş yeri: Bakı, Azərbaycan
Vəzifə adı: Hüquqşünas
İş qrafiki: 5 günlük / saat 08:30 – 17:30
İşin təsviri:
- Dövlət nəzarət orqanlarında və məhkəmələrdə şirkəti təmsil etmək;
- Dövlət və kommersiya qurumlarına ünvanlanacaq məktub, ərizə və şikayətlərin hazırlanması və Şirkətə daxil olan məktub, ərizə və şikayətlərə cavabların hazırlanması və aidiyyəti üzrə göndərilməsinin təşkili;
- Müxtəlif hüquqi məsələlərə dair rəylərin hazırlanması, yazılı və şifahi məsləhətlətin verilməsi,
- Müxtəlif növ icazə sənədlərinin alınması üçün ərizə, arayış və digər sənədlərin hazırlanmasını təmin etmək;
- Müxtəliv növ müqavilələrin hazırlanması, müqavilələrin qanunvericiliyə və Şirkətin maraqlarına uyğunluğunun yoxlanılması, müqavilələrə zəruri olan əlavə və dəyişikliklərin edilməsi və kontraqentlərlə razılaşdırılması;
- Müqavilə işinin aprılmasını təhlil etmək, struktur bölmələrdə müqavilə işinin vəziyyətini yoxlamaq, ayrı-ayrı müqavilə növlərinin notariat qaydasında təsdiqlənməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin etmək;
- Kontraqentlərə və digər borclulara qarşı pretenziyaların və iddiaların hazırlanması və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;
- Şirkətin struktur bölmələrini, ayrı-ayrı mütəxəssislərini onların fəaliyyətinə aid normativ-hüquqi aktlarda baş vermiş dəyişikliklərlə tanış etmək;
- Şirkətə aidiyyəti olan xarici hüquqi şəxslərin hüquqi işlərini koordinasiya etmək.
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər :
- Ali Hüquq təhsili olmalı;
- Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
- MS Office-də işləmə bacarığı;
- Yaş: 25-35
- Rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
Yaş həddi: 25-35 yaş
Maraqlanan namizədlər mövzu yerində “Hüquqşünas” yazmaqla azərbaycan və ya ingilis dilndə CV-lərini və mütləq azərbaycan dilində Tərcümeyi-hallarını 05 avqust 2018-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.