Texniki dəstək mühəndisi (Quraşdırma və konfiqurasiya üzrə)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhlükəsizlik kameraları (CCTV), NVR/DVR sistemlərinin quraşdırılması və ilkin sazlanması
  • Avadanlıqların şəbəkəyə qoşulması, IP ünvanlaması, mobil tətbiqlərin və uzaqdan baxışın qurulması
  • Üz tanıma terminalları və Access Control sistemlərinin (kart oxuyucu, controller və s.) quraşdırılması və sazlanması
  • Turniket sistemlərinin qoşulması, inteqrasiyası və işə salınması
  • Müştəri obyektlərində texniki işlərin yerinə yetirilməsi və işə salınma (commissioning)
  • Kamera görüntüsü, kabelləmə, PoE switch, access point və digər avadanlıqlarda yaranan problemlərin aradan qaldırılması
  • Installer-lərə yerində texniki dəstək verilməsi
  • Müştəri sorğularının operativ cavablandırılması və texniki yönləndirilməsi
  • Quraşdırma zamanı lazım olan sənədləşmənin aparılması (şəkillər, aktlar, sxemlər)

Namizəddən tələblər:

  • CCTV sistemləri, IP kameralar, NVR/DVR avadanlıqları üzrə praktiki bilik
  • Access Control, üz tanıma cihazları və turniketlər üzrə baza biliklərinin olması
  • Şəbəkə əsasları: IP address, subnet, router, switch, PoE
  • Ən azı 3 il təcrübə (installer və ya texniki mühəndis kimi)
  • Elektrik və kabelləmə praktiki bilik (UTP, crimpe-ləmə, test)
  • Sürücülük vəsiqəsi (üstünlükdür)
  • Məsuliyyətli, punktual və ünsiyyətcil olması

İş şəraiti

  • İş qrafiki: 5 iş günü 09:00 – 18:00 və ya 10:00 – 19:00 (şirkət daxilində uyğunluğa əsasən)
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar inkişaf və təlim imkanları
  • Rahat və dinamik iş mühiti

Müraciət üçün:

CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində Texniki dəstək mühəndisi qeyd etməklə göndərə bilərsiniz.

OMNIVISION MMC tərəfindən digər vakansiyalar