İşə qəbul üzrə mütəxəssis

İşin təsviri

“Kaspi” Təhsil Şirkəti İşə qəbul üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 12 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Minimum vakansiya tələbləri:

• Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin təşkili və İnsan resurslarının idarə edilməsi sahəsində bakalavriatura və ya magistratura təhsili alanlara üstünlük verilir)
• Azərbaycanda dilində səlis, rus dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı. İngilis dili biliyi üstünlükdür;
• Sahə üzrə minimum 2 illik iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

• İşəqəbul prosesi barədə məlumatlılıq;
• İşəqəbul müsahibələrinin aparılmasında təcrübə;
• Əmək qanunvericiliyi ilə bağlı biliklərə malik olmaq üstünlükdür;
• MS Word, MS Excel, MS PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək ünsiyyət və dinləmə bacarıqları;
• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
• Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat bacarığı;

Vəzifə öhdəlikləri:

• İnsan resurslarının planlaşdırılması - əmək bazarının araşdırılması və təhlil olunması;
• Şirkətin struktur bölmələri üzrə ehtiyacların müəyyən olunması və struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
• Şirkətin işəqəbul siyasət və proseduruna uyğun olaraq prosesin təşkili və icrası;
• İnsan Resursları elektron sistemlərini idarə etmək və təkmilləşdirmək;
• İllik olaraq Şirkətin Təcrübə Proqramını təşkil etmək, idarə etmək və təkmilləşdirmək;
• İnsan Resursları Departamentinə ünvanlanmış daxili və işə qəbul prosesi ilə bağlı kənar sorğu və şikayətləri araşdırmaq, cavablandırmaq, aidiyyəti şəxslərə yönləndirmək, izləmək və prosesi idarə etmək;
• İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək
• İşəqəbul prosesinin gedişatı ilə bağlı hesabatların hazırlanması və təqdim olunması;
• Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək.

İş saatları: I-V günlər, 9:00-18:00
İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş ofisi (Ünvan: Xocalı pr.86)

Elan tarixi: 12.12.2019

Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.