Tikinti üzrə qrup rəhbəri

  • UNICO
  • Elanın qoyulma tarixi: 21.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tikinti üzrə qrup rəhbəri

Vəzifə və öhdəliklər:

• Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
• İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;
• Tikinti obyektləri üçün lazımi sənədlərin alınmasını təmin etmək;
• Material, işçi heyəti və podratçı ehtiyaclarını əvvəlcədən müəyyən etmək;
• Günlük və aylıq məruzələr hazırlamaq;
• Xərclər barədə məlumatları müəyyən olunmuş formalarda saxlamaq;
• Tikinti sahəsində daşınma işlərini həyata keçirmək;
• Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
• Qurulacaq əsas iş prosesinə uyğun təlimatlar hazırlamaq;

Vakansiya ilə bağlı tələblər:

• Ali texniki təhsil
• Müvafiq sahədə ən az 5 il təcrübə
• Dil bilikləri:azərbaycan,rus və ingilis.
• Məsuliyyət və dəqiqlik
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarına yaxşı bələd olmaq

Şərtlər:

• AR Əmək Qanunvericiliyə üyğun rəsmi qeydiyyat
• Əmək haqqı kartla
• Tibbi sığorta
• Şirkət hesabına nahar
• İş vaxtı: 5 gün, 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 15:00-dək
• Bazar günü istirahət günüdür

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tikinti üzrə qrup rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.