B2B Satış mütəxəssisi

  • Food CERT
  • Elanın qoyulma tarixi: 02.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət adı : Food CERT

Şirkət haqqında:

“Food CERT” şirkəti ISO və digər beynəlxalq standartlara görə professional məsləhət, audit, treninq, sertifikatlaşma xidmətlərini qida, kənd təsərrüfatı, sənaye, keyfiyyəti idarəetmə sahələrində uğurla həyata keçirir. Dünyaca tanınmış beynəlxalq kvalifikasiyalı təlim və sertifikatlaşdırma şirkətlərinin Azərbaycandakı rəsmi və yeganə nümayəndəsidir.

Vəzifə: B2B Satış mütəxəssisi

Vəzifə və öhdəliklər:

• Qida, sənaye, kənd təsərrüfatı şirkətlərini yaxşı tanımalı və potensial təkliflər hazırlamalı;
• Şirkətin göstərdiyi xidmətlərin satışını təşkil etmək və yüksək səviyyədə təqdim etməli;
• Potensial müştərilərlə B2B görüşlərin təşkil etməli, işgüzar danışıqların, yazışmaların və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
• Satış strategiyasını qurmalı, aylıq satış hədəflərini müəyyənləşdirilməli;
• Şirkətin təqdim etdiyi xidmətlər haqqında tam informasiyaya sahib olmalı;
• Mövcud olan müştəri bazasının genişləndirilməsi və xidmət satışının təhlili, öyrənilməsi, həcminin artırılması;
• Təklifin hazırlanması, izlənilməsi, geri dönüşlərin alınması
• Gündəlik , həftəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək

Əməkhaqqı müsahibə zamanı namizədə görə müəyyən olunacaq və həyata keçiriləcək satışa müvafiq olaraq mükafat veriləcək.

Namizədə olan tələblər:

- Ali təhsil, qida, keyfiyyət və kənd təsərrüfatı sahəsində məlumatlı olanlara üstünlük veriləcək
- Ana dilində səlis danışıq
- İngilis dili və rus dilinin bilməsi üstünlükdür
- B2B satış üzrə 3 il iş təcrübəli
- Müştəri yönümlülük, yüksək səviyyəli danışıq qabiliyyəti, təqdim etmə və inandırma bacarığı;
- Məsuliyyətli, ciddi, dürüst və nizam-intizamlı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək, öyrənmək həvəsi
- Kompyuter bilikləri : ofis proqramları

Şəkilli CV-ni mövzu hissəsində müraciət etdiyiniz vəzifəni göstərməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Deadline: 01 İyul2020