Vəzifə öhdəliyi:
• Ödəniş tapşırıqları və ya internet banking, kassa üzrə ödənişlərin həyata keçirilməsi
• Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
• Hesablar planı və müxabirləşməsi, mühasibat müxabirləşmələrinin 1C proqramına daxil edilməsi
• Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək
• Elektron qaimə-fakturaların portala daxil edilməsi
• Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən qalıq çıxarılması və faktiki qalıq məbləği ilə yoxlanılması
Tələblər:
• Ali təhsil;
• Müvafiq vəzifə üzrə 2 ildən az olmayan iş təcrübəsi;
• Word, Excel, 1C-8.3 proqramlarını yaxşı səviyyədə bilmək;
• Azərbaycan dili (Rus və İngilis dil biliyi arzu olunandır);
• Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.