Mühasib

  • Elanın qoyulma tarixi: 13.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

  • Həftədə 5 iş günü (saat 08:00-17:00), 2 gün istirahət
  • Ofis
  • Əmək haqqı: Razılaşma yolu ilə

Vəzifələri:

  • BTP proqramı, 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s., e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq işlərin həyata keçirilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
  • Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamanması

Tələblər:

  • Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil ;
  • Azərbaycan dili , ingilis dili (rus dili arzuolunandır);
  • Kompüter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
  • İş təcrübəsi əlaqəli sahədə minimum 3 ilə qədər; (Neft-Qaz sahəsi üzrə təcrübəyə üstünlük verilir);
  • AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
  • Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, ünsiyyət qurmaq qabiliyyəti;

Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi [email protected] e-poçt ünvanına göndərəsiniz.