Torpaq işləri və yerin təkindən istifadə sektorunun müdiri

  • Elanın qoyulma tarixi: 18.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi) üzrə ümumi biliklərə malik olmalı;
  • Torpaqların təyinatının dəyişdirilməsi, torpaqların dövlət ehtiyacı üçün alınması sahəsində müvafiq təcrübəyə malik olmalı;
  • Torpaqların alqı-satqısı, icarəyə və ya istifadə verilməsi, həmçinin torpaq sahəsi üzərində bu hüquqların dövlət qeydiyyatına alınması sahəsində müvafiq təcrübəyə malik olmalı
  • Yerin təkindən istifadə üzrə (geoloji və geoekoloji öyrənmə, faydalı qazıntıların çıxarılması və s.) müvafiq razılıq və icazələrin alınması sahəsində müvafiq təcrübəyə malik olmalı;
  • Yüksək induktiv və analitik təhlil etmə bacarığına malik olmalı;
  • İş prosesində dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Effektiv hüquqi yazı vərdişləri;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • Operativlik, gərgin iş rejimində işləmək, problemləri həll etmə, qərarvermə və təşkilatçılıq bacarığı; 
  • Komanda da işləmək bacarığı, şəxsi və peşəkar inkişaf;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
  • Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahəyə uyğun sertifikatların olması arzu olunandır;
  • Minumum 2 il idarəetmə təcrübəsi;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Torpaq işləri və yerin təkindən istifadə sektorunun müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Email: [email protected]