İnsan Resursları üzrə Mütəxəssis

  • Portal Games
  • Elanın qoyulma tarixi: 14.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Düzgün kadr seçiminin siyasətinin aparılması;
  • İnsan resursları planlamasını həyata keçirmək, müəyyən edilmiş vakansiyalar üzrə iş elanlarını yerləşdirmək və namizədlərlə müsahibələrin həyata keçirilməsi;
  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • İşçilərin şəxsi işlərini hazırlamaq;
  • İşə qəbul və digər əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirilməsi.

Namizəddən tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan dili -sərbəst, rus dili-sərbəst;
  • Əmək məcəlləsi üzrə biliklər;
  • Analitik düşüncə və düzgün qərar vermə;
  • Kollektivdə işləmək bacarığı;
  • Sahə üzrə sertifikatları olan namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Şəhərin mərkəzində ofis
  • İş rejimi: həftənin 5 günü 11:00-19:00; 6-cı gün 12:00-16:00 (qısa iş günü).
  • İstirahət: Bazar günü.
  • Əmək haqqı: 600 AZN

Yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə CV-lərini elektron ünvanına göndərməyiniz xahiş olunur. Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]

Portal Games tərəfindən digər vakansiyalar