İşin təsviri
Vəzifə öhdəliyi:
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturalarının yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasını təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasına nəzarət etmək;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması, əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək ;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
- Cins: kişi;
- Yaş həddi: 30 – 50 yaş;
- Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- Vergi Məcəlləsini bilməli;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İdarəçilik bacarığı;
- MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli.
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında (1000 - 1500 man) müəyyən olunacaq;
- Nahar yeməyi və korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük, şənbə günü - qısaldılmış iş saatı;
- İş yeri: Bakı şəh.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini elektron poçtuna göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.