Mühasib

  • Elanın qoyulma tarixi: 31.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi,mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi
  • Əmək haqqı hesablanması 
  • İlkin mühasibat sənədlərinin,hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına,əməkhaqqı fondunun sərf olunmasına,əmtəə-mal qiymətlərinin və əsas fondlarının inventarizasiyasının aparılmasına nəzarət edilməsi
  • Maliyyə nizamına ciddi əməl edilməsi,inzibati təsərrüfat və digər xərclərin ,debitor borclarının,çatışmazlıqların və digər hesabatların mühasibat uçotunda düzgün əks etdirtilməsinin təmin edilməsi
  • Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi
  • DSMF, Vergi, Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi. ƏDV depozit əməliyyatlarının aparılması, E-qaimələrin tərtibi.
  • Aylıq, rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi - Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
  • Əmək haqqı: 800-1700 Azn ( Maaş namizədin bacarığına görə təsdiqlənəcək.)
  • İş qrafiki: 5 tam iş günü,şənbə günü yarım gün
  • Nahar şirkət tərəfindən təmin edilir

Namizədə tələblər:

  • Təhsil:Ali (Mühasibat uçotu və audit, İqtisadiyyat və Maliyyə ixtisasları)
  • 1C proqramında gündəlik əməliyyatların daxil edilməsi 
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi 
  • MC Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə bilməli)
  • ACCA,CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
  • Vergi qanunvericiliyini səlis bilməlidir
  • Komanda ilə işləmə qabiliyyəti
  • Operativlik,məsuliyyətlilik
  • Analitik düşünmə, analiz etmə,diqqətlilik
  • Yaş həddi 25-45

İş fəaliyyətin aktivləşməsinə əsasən maaş və karyera yüksəlişi gözlənilir.

Uyğun namizədlərdən öz CV-lərini “Baş mühasib” başlığı altında e-mail ünvanına göndərmələri xahiş olunur. 

N: +994512018870 

Email: [email protected]