İşin təsviri
Tələblər:
- Yaş həddi: 45 yaşa kimi
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu)
- Dil biliyi: Azərbaycan, Rus, İngilis (yaxşı səviyyədə)
- İş təcrübəsi: Mütləq qeyd olunan vəzifədə 5 ildən artıq
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- Kompüter bilikləri: MS Office / Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş haqda məlumat:
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
- Vergi orqanları ilə yazışmalar
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Əməliyyatların 1C proqramında işlənməsi
- Vergi hesab fakturaların yazılması
- Bank və kassa əməliyyatları
İş şəraiti:
- İş yeri - Balaxanı
- İş qrafiki : Həftənin 5 günü saat 9.00-17.00 –dək,şənbə və bazar günləri istirahət
- Şəxsi maşını olanlara üstünlük verilir, yanacaq xərci ödəniləcək
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Əmək haqqı 800 AZN
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini göndərə bilərlər.