İşin təsviri
Vəzifə öhdəlikləri:
- Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə əməkdaşlığın koordinasiyası və tələb olunan hesabatların vaxtında təqdim olunması;
- İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;
- İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
- HR data-bazanın yaradılması, məlumatların daim aktual saxlanılması və dəyişikliklərin vaxtında daxil edilməsi;
- Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), uyğun əmrlərin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Məzuniyyət qrafiklərinin hazırlanması, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
- Rəhbərlik tərəfindən verilən digər HR tapşırıqlarının icrası.
Namizəddən tələblər:
- Ali təhsil (İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi);
- Xanım namizəd tələb olunur:
- İnsan resursları sahəsində minimum 3+ il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
- Elektron hökumət portalları (ƏMAS, DMA, e-gov və s.) ilə işləmə bacarığı;
- Sənədləşdirmə və hesablamalarda dəqiqlik, məsuliyyət və analitik düşüncə;
- Güclü kommunikasiya bacarıqları və komanda ilə işləmə mədəniyyəti;
İş şəraiti
- İş qrafiki: 09:00 – 18:00
- İş günləri: 5 günlük iş həftəsi (şənbə-bazar istirahət)
- Şirkət tərəfindən nahar təmin olunur
- İş yeri: Bakıxanov qəs., B. Bünyadov küç. 12
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.