1C Operator

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi
  • Əmək haqqı: 800-1000 AZN
  • İş qrafiki: Həftə içi 5 gün
  • İş saatı: 08:00–17:00
  • Əmək şəraiti: Korporativ nömrə və nahar şirkət tərəfindən təmin olunur

Vəzifə öhdəlikləri:

  • Alış və anbar əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
  • Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün düşməsinin yoxlanılması;
  • Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
  • Yazılmış qaimələrin yazılışına,düzgünlüyünə və təsdiqinə nəzarət 
  • Təchizat anbarının qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması;
  • Proqramda məhsul və kontragentlərin açılması;
  • Dövri inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi;

Namizədə tələblər:

  • Ali və ya orta ixtisas təhsili
  • 1C proqramı üzrə praktiki biliklər
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı
  • Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı

Maraqlanan namizədlərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində: “1C Operator” qeyd edilməsi vacibdir.