İşin təsviri
Vəzifə öhdəlikləri;
- Qaimə və hesab faktura üzrə əməliyyatlar.
- Aylıq köçürülmüş ƏDV-lərin hesabatı və müəssisələrlə üzləşmə aktlarını tərtibi işlərində Mühasib və Baş mühasibə lazımi dəstəyin göstərilməsi.
- Nağd və digər üsullarla qəbul edilən ödəniş əməliyyatlarının otelin daxili qaydalarına uyğun formada təşkil edildiyinə nəzarət etmək.
- Çatışmayan məbləğlər üzrə aktların tərtib edilməsi.
- İşçilərin aylıq əmək haqqlarının ödənilməsində Baş mühasibə hesabat və digər lazımi məlumatların təqdim edilməsi.
Tələblər;
- Qeyd edilən sahədə minimum 6 ay iş təcrübəsi.
- Otel sahəsində təcrübə üstünlükdür.
- Microsoft office (word, excel) proqramlarında işləmə qabiliyyəti.
- Ali və ya orta ixtisas təhsili.
Qeyd; İş yeri Qusar rayonunda yerləşir.
Qeyd edilən vakansiyaya uyğun olan namizədlər CV formalarını mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.