Baş Memar

İşin təsviri

Təsvir

  • Layihələrin ilkin mərhələlərində sahə analizlərinin aparılması, araşdırmaların edilməsi və ilkin dizayn konsepsiyasının formalaşdırılması;
  • Layihələndirmə məlumatlarının qəbulu və təhlili, layihə ehtiyac və hədəflərinə uyğunluq üzrə rəhbərliyə hesabat və tövsiyələrin təqdim edilməsi;
  • Layihə sənədlərinin estetik, texniki və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və layihəçilərin bu istiqamətdə yönləndirilməsi;
  • Layihələndirmə sənədlərinin AR qanunvericiliyinə, şəhərsalma və tikinti normalarına, eləcə də beynəlxalq standartlara uyğun hazırlanmasına nəzarət;
  • Departament daxili komanda, layihəçi təşkilatlar, məsləhətçilər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq;
  • Layihələndirmə müddətləri üzrə məsləhətlərin verilməsi, iş qrafikinin layihə həcmlərinə uyğunluğunun yoxlanılması;
  • Tender mərhələsində texniki dəstəyin göstərilməsi, spesifikasiyaların və iş həcmlərinin yoxlanılması, texniki rəylərin hazırlanması;
  • Tikinti prosesində sınaq, yoxlama və obyektlərin təhvil-təslim mərhələlərində iştirak;
  • Zəruri hallarda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyinin verilməsi, təhlillərin aparılması və büdcə/xərc optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanması, təsdiqi və arxivləşdirilməsinin sənədləşdirilmiş məlumatlara nəzarət prosedurlarına uyğun təmin edilməsi.

Tələblər

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi (iri layihələr üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları üzrə biliklər;
  • Beynəlxalq memarlıq və layihələndirmə standartları ilə işləmə bacarığı;
  • AutoCAD, Revit / ArchiCAD və digər müvafiq proqramlarda işləmək bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və güclü ünsiyyət bacarıqları;
  • Azərbaycan dili-sərbəst (rus və ingilis dili biliyi üstünlükdür).

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Performansdan aslı olaraq bonuslar

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi