Mühasib

İşin təsviri

İş şəraiti

  • Əmək haqqı: 1000 AZN
  • İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00.Şənbə günü saat 10:00-16:00
  • İş yeri: Bakı şəhəri, Mərdəkan

Vəzifə öhdəlikləri

  • Bank əməliyyatlarının aparılması, ödənişlərin zamanında və düzgün yerinə yetirilməsi;
  • Hesab-fakturaların və maliyyə sənədlərinin işlənilməsi;
  • Maliyyə əməliyyatlarının 1C mühasibat proqramına daxil edilməsi;
  • Müvafiq maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Müəssisənin 1C informasiya məlumat bazasına mühasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsi;
  • Əmək haqqının, əmək məzuniyyətinin, xəstəlik müavinətinin, analıq məzuniyyətinin və digər ödənişlərin hesablanması;
  • Elektron-qaimə fakturaların (invoysların) hazırlanması və göndərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
  • Komandada işləmə bacarığı və yüksək ünsiyyət qabiliyyəti.

Müraciət etmək istəyən şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AgroPet MMC tərəfindən digər vakansiyalar