Satış məsləhətçisi

  • Radius
  • Elanın qoyulma tarixi: 05.01.2026

İşin təsviri

Tələblər:

  • Bəy namizəd
  • Yaş həddi: 20-35 yaş
  • Ali təhsil
  • Satış və ya müştəri xidməti sahəsində 3 il iş təcrübəsi
  • MS Office (əsasən Excel, Word, 1C və Outlook)
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
  • Müştəri məmnuniyyətini təmin etmə bacarığı
  • Satış texnikaları, işgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Öhdəliklər:

  • Müştəriləri gülərüz və nəzakətlə qarşılamaq
  • Məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal texnologiyası, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin alıcılara verilməsini təmin etmək
  • Müştərinin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və xidmətlər üzrə ətraflı məsləhət vermək
  • Carı marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin alıcılara təklif edilməsini təmin etmək
  • İş məlumatlarını və satış əməliyyatlarını 1C məlumat bazasında tam şəkildə, düzgün və vaxtında qeydiyyata almaq
  • Malların satışa hazırlığının təşkil edilməsini təmin etmək (malın anbardan sifarişi, onun anbardan gətirilməsi və müştəriyə çatdırılmasına nəzarət)
  • Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsini təmin etmək
  • Daxil olan telefon zənglərinin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsini təmin etmək
  • Müştəri şikayət və təkliflərini qəbul etmək, operativ şəkildə həllinə dəstək olmaq
  • Daxili qaydalara, iş qrafikinə və uniforma tələblərinə əməl etmək

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi
  • İş saatı: 09:00-18:00 və 12:00-21:00 (növbəli)
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Peşəkar inkişaf və karyera imkanı
  • İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8 və ya Badamdar qəs., M.Müşfiq küç., 2A
  • Əmək haqqı: 500 AZN (sabit) + satışdan bonus
  • Şirkət: Radius Təkər Mərkəzi

Maraqlanan namizədlər CV-ni “Satış məsləhətçisi" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.