İşin təsviri
NewCond şirkəti HVAC (isitmə, soyutma və havalandırma) sahəsi üzrə fəaliyyət göstərir. Şirkətin əsas iş fəaliyyətini Mitsubishi Electric , AUX və Hann brendlərinin istehsalı olan kondisioner və isitmə sistemləri üzrə avadanlıqların idxalı, satışı , quraşdırılması və servis xidmətləri təşkil edir .
İş barədə məlumat
- Məişət, sənaye, yarımsənaye kondisioner və havalandırma sistemlərinin (HVAC), kombilərin mağaza daxilində satışının həyata keçirilməsi;
- Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, məhsullar və çeşidlər barədə dolğun məlumatın verilməsi;
- 1C proqramında işləmə təcrübəsinin və bacarığının olması , malların seçilməsi, sifarişlərin tərtib edilməsi;
- Rəhbərliyin verdiyi digər tapşırıqları operativ həyata keçirmək
Namizədə dair tələblər
- Kondisioner , İsitmə və havalandırma sistemlərinin hər hansı bölümündə satış üzrə minimum 1 il iş təcrübəsinin və texniki biliklərin olması;
- Ofis proqramlarından istifadə bacarığı (1C , MS Excel, MS Word, Outlook və s.);
- Azərbaycan dilində danışıq qabiliyyəti və ünsiyyət bacarığı;
- Komandada işləmə qabiliyyəti və satış həyata keçirmə bacarığı;
- Malları təqdim etmək, müştəri məmnunluğuna nail olmaq bacarığı;
- Yaş həddi: 20-35
Digər məlumatlar:
- Əmək haqqı: 500 Azn
- Pərakəndə satılan hər bir mal üçün bonus hesablanır.
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatı: 10.00-19.00
CV lər [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərilsin.